Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02

ABŞ və Rusiyanın müdafiə naziləri telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə sentyabrın 18-də Pentaqonun nümayəndələri məlumat verib.

Onların sözlərinə görə, Ash Carterlə Sergei Shoigu Suriyadakı silahlı qruplarla mübarizə və bu ölkədəki siyasi vəziyyəti müzakirə ediblər.

Nazirlər həmçinin ümumilikdə Yaxın Şərq və İraqdakı vəziyyəti müzakirə ediblər.

Tərəflər terrorçuluqla mübarizədə ikitərəfli və çoxtərəfli səylərin əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.

Rusiyanın son vaxtlar Suriyada hərbi iştirakını genişləndirilməsi ABŞ-ın narahatlığına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG