Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:44

BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi bildirib ki, Talibanın mərhum lideri Mollah Mohammad Omarın xələfi üstündə mübahisə Əfqanıstan hökuməti ilə danışıqların yaxın həftələrdə bərpasına mane olmayacaq.

Nicholas Haysom bunu sentyabrın 18-də jurnalistlərlə söhbət zamanı deyib.

İyulda ABŞ və Çin rəsmilərinin vasitəciliyi ilə Pakistanda Talibanla ilk dialoq keçirilib.

Haysom sentyabrın 26-da BMT liderlərinin Nyu-Yorkda keçiriləcək görüşü çərçivəsində Əfqanıstanla bağlı xüsusi iclas keçiriləcəyini bildirib.

İclasa ABŞ Dövlət katibi John Kerry ilə Çinin xarici işlər naziri sədrlik edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG