Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Evelin Farkasbildirib ki, Azərbaycanla ABŞ arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

O tərəflərin terrorçuluqla mübarizə, sülhməramlı əməliyyatlar və enerji təhlükəsizliyi sahəsində strateji maraqlarının üst-üstə düşdüyünü bildirib.

Evelin Farkas deyib ki, ABŞ tranzit imkanları və hava məkanı da daxil olmaqla Azərbaycanın Əfqanıstandakı əməliyyatlara töhvəsini yüksək qiymətləndirir.

Elmar Məmmədyarov isə ABŞ-dakı bəzi dairələrinAzərbaycanla bağlı məsələləri ictimai müzakirə obyektinə çevirməsi və Azərbaycana qarşı fəaliyyətlərinin iki ölkə arasındakı strateji münasibətlərin ruhuna zidd olduğunu bildirib.

O qeyd edib ki, enerji, terrorçuluqla mübarizə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq siyasi əlaqələri tamamlamalıdır.

Regional məsələlərə gəldikdə isə Elmar Məmmədyarov bildirib ki, ölkənin müstəqilliyi, sabitliyi və təhlükəsizliyi Azərbaycanın qarşısında duran ən mühüm məsələdir.

Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və TAP layihələri regionun nəqliyyat və enerji mənzərəsini dəyişəcək.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Şərhləri göstər

XS
SM
MD
LG