Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:31

Üzeyir Hacıbəyli. Bir kişi peyğəmbərlik iddiası eləyirdi


Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyov

- Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya gəlməsinin 130 iliyidir. Üzeyir Hacıbəyli həm də alim, yazıçı, publisist, ictimai və siyasi xadim idi.

Xatırladaq ki, Azadlıq Radiosunun Azərbaycan Ədəbiyyatı online kitabxanasında Üzeyir Hacıbəylinin komediyaları, felyetonları, miniatürləri var.

Yazıçının "Peyğəmbər" miniatürünü təqdim edirik.

PEYĞƏMBƏR

Bir kişi peyğəmbərlik iddiası eləyirdi. Onun tutub qubernatorun yanına gətirdilər. Qubernator soruşdu ki, heç möcüzə göstərə bilərsənmi?

Dedi:

- Göstərərəm.

Dedi:

- Nə göstərərsən?

Dedi:

- Bu saat bilirəm ki, sən nə fikir eləyirsən.

Qubernator dedi:

- Bil görək.

"Peyğəmbər" dedi:

- Bu saat sən fikir eləyirsən ki, əgər bu kişi yalançı olsa, tutub həbs edərəm, amma sonra rüşvət alıb buraxaram.

XS
SM
MD
LG