Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:00

Martirosyan: «Şuşada referendum olsa...»


Vaan Martirosyan Bakıda Ermənistan haqda danışır
Gözlə

No media source currently available

0:00 0:05:32 0:00

Vaan Martirosyan Bakıda Ermənistan haqda danışır

-

Azərbaycana gəlib sığınacaq alan Vahan Martirosyan sentybarın 18-də Bakıda mətbuat konfransı keçirib.

Yalnız Yerevanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var

Martirosyan: “Mən vətənimi sevirəm. Azərbaycan mediasından başqa heç kəs Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız Yerevanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ müharibəsi veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür”.(APA)

Martirosyan ailəsi Bakıda mətbuat konfransı keçirərkən
Martirosyan ailəsi Bakıda mətbuat konfransı keçirərkən

​Xatırladaq ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. Onun dediyinə görə, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

Şuşada referendum keçirilsə...

Martirosyan: “Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək. Əlbəttə ki, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə”.

Bu sözləri də Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Şuşa şəhərinə milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur: “Qalanlar da yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır. Bu münaqişə Sarkisyan hakimiyyətinin marağındadır. "

Gevorkian geri qayıdanda niyə elə pis danışdı?

V. Martirosyan bir neçə il Azərbaycanda yaşayan, daha sonra Ermənistana qayıtdıqdan sonra Azərbaycan haqqında yanlış məlumatlar verən Gevorkyan ailəsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu, Milli Təhlükəsizlik Şurasının işdir: “Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn idmançılar üstlərində erməni bayrağı olan geyimlərlə Bakıda gəzirdilər. Lakin Ermənistana qayıtdıqda dedilər ki, qorxumuzdan çölə çıxa bilmirdik. Bütün bunlar Milli Təhlükəsizlik Şurasının əməlidir”. (APA)

Kriminallar Dağlıq Qarabağa göndərilir

Vahan Martirosyanın həyat yoldaşı və övladı
Vahan Martirosyanın həyat yoldaşı və övladı

Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir: "Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır." (Trend)

Bakıya axışacaq ermənilər Avropada ərəblərdən çox olacaq

Vahan Martirosyan Bakıda mətbuat konfransında deyib: Əminəm ki, əgər Ermənistanda Azərbaycandakı real vəziyyətin necə olduğunu bilsələr, Azərbaycana axışacaq erməni qaçqınların sayı Avropadakı ərəblərin sayından çox olacaq”.

"Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”

Bunu Vahan Martirosyan mətbuat konfransında deyib.

O bildirib ki, yaşlı nəsil bunu heç istəmir: “Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

AzTV bunu verməyəcək (Martirosyanın mətbuat konfransından)

AzTV bunu verməyəcək
Gözlə
Embed

No media source currently available

0:00 0:02:21 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG