Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

-

ABŞ Dövlət katibi John Kerry ABŞ-ın Polşadakı keçmiş səfiri Stephen Mull-ı İran nüvə sazişi üzrə baş koordinator təyin edib. O, iyulda İranın altı dövlətlə əldə etdiyi sazişin öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək.

Kerry-nin sentyabrın 17-də yaydığı açıqlamada deyilir ki, Mull Birləşmiş Ştatlar və tərəfdaşlarının “ nüvə addımlarından sonra sanksiyalar üzrə qarşılıqlı addımlar atılmasını” təmin edəcək.

Nüvə sazişinə görə, İran sanksiyaların yumşaldılması əvəzində nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmağa razılaşıb.

Senatdakı demokratlar isə respublikaçıların nüvə sazişini ləğv etmək üçün keçirdiyi üçüncü səsverməni əngəlləyə biliblər. Respublikaçıların hazırladığı qətnamə keçməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG