Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:31

-

Ağ Ev İran əsilli amerikalını baş florist vəzifəsinə təyin edib.

Birinci ledi Michelle Obama sentyabrın 17-də deyib ki, Tehranda doğulub Kaliforniyada böyümüş Hedieh "Roshan" Ghaffarian-ən həyatı Amerika Arzusunun (American Dream) davam etdiyini göstərir.

Ghaffarian 1979-cu il İran inqilabından sonra ailəsi ilə mühacirət edib. Biznesə valideynlərinin evində becərilən gülləri satmaqla başlayıb. Daha sonra tanınmış mütəxəssisə çevrilib, The Knot, Ceremony, Today's Bride və digər nəşrlərlə əməkdaşlıq edib.

Ghaffarian-ın ilk böyük tapşırığı gələn həftə Ağ Evi Çin lideri ilə dövlət naharı üçün bəzəmək olacaq. O, oktyabrın ortasından Ağ Evdə tam ştatda işə başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG