Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:43

Rusiyada insan haqları fəalı saxlanıb


Rusiyada müxalifətin yürüşü, 6 sentyabr, 2015-ci il

Rusiyada müxalifətin yürüşü, 6 sentyabr, 2015-ci il

-

Moskva məhkəməsi aparıcı insan haqları fəalı barəsində dələduzluq ittihamı ilə həbs qətimkan tədbiri seçib. Bu, Rusiyanın vətəndaş cəmiyyətinə təzyiq kampaniyası çərçivəsində növbəti hücumdur.

Vətəndaş Hüquqları Komitəsi sədrinin müavini Andrei Mayakov-un bir cinayət işində təqsirləndirilən şəxsdən 900 min rubl (($13700) aldığı iddia olunur. Guya həmin şəxsə vəd verib ki, onun xeyrinə qərarın çıxarılması üçün prokurorlara rüşvət verəcək.

İstintaq tərəfi bildirir ki, Mayakov-un prokurorluğun həmin bölməsində tanışı olmayıb, məqsədi qanunsuz aldığı pulu cibinə qoymaq olub.

Mayakov noyabrın 16-dək həbsdə qalacaq, rəsmi tərəf onun əvvəllər də dələduzluqda ittiham olunduğunu bildirir.

Tənqidçilər işin qurama olduğunu deyirlər. “Bunun provokasiya olmasına şübhəm yoxdur,” müxalifət lideri Alexei Navalny tvitterdə yazıb.

Bu hadisə həm də onu göstərir ki, Moskva artıq vətəndaş cəmiyyəti qruplarına qarşı yeni bir təhlükəli dalğaya başlayır – onları cinayət məhkəməsinə sürükləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG