Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:36

-

Tbilisi məhkəməsi sentyabrın 17-də müxalifət liderini həbsxanadan buraxıb. Konstitusiya Məhkəməsi Gigi Ugulava-nın qanunsuz olaraq həbsdə saxlanması barədə qərar çıxarmışdı.

Tbilisinin keçmiş meri çirkli pul yuyulması, dövlət vəsaitinin mənimsənilməsi ittihamlarıyla 14 ay idi həbsdəydi. Müxalifət bu həbsi siyasi motivli sayırdı. Ancaq müxalifət liderinə ittihamlar qüvvədə qalır.

Hakim qərarı oxuyanda Ugulava-nın məhkəmə zalına toplaşmış tərəfdarları onu alqışlayıblar, zaldan çıxanda adını qışqırıblar.

Ugulava dərhal bəyan edib ki, “hakimiyyətdən yapışmış” hökumətlə mübarizə aparacaq.

Səlahiyyətdən sui-istifadə və korrupsiya ittihamlarıyla bir neçə keçmiş rəsmi saxlanıb. Qərb ölkələri hökumətin siyasi opponentlərinə qarşı selektiv mühakimədən istifadə etməsindən narahatlığını bildirib. Rəsmilər ədalətli mühakimə vəd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG