Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Kiyev Berlusconiyə 3 illik qadağa qoydu


Vladimir Putin və Silvio Berlusconi

Vladimir Putin və Silvio Berlusconi

Ukrayna İtaliyanın keçmiş baş naziri Silvio Berlusconinin ölkəyə gəlməsinə 3 il qadağa qoyub.

Ukraynanın Təhlükəsizlik Xidməti bunun dövlətin milli təhlükəsiliyi baxımından edildiyinibildirib.

Berlusconi sentyabrın 11-də Krıma səfər edib və orda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Ukraynanın Xarici işlər Nazirliyi səfərin qanunsuz olduğunu bəyan edib.

Nazirliyin yaydığı bəyanatda onun bu hərəkətinin Avropa Bilriyinin siyasətinə zidd olduğu bildirilir.

Rusiya 2014-cü ilin martında Krımı ilhaq edib.

ABŞ, Avropa Birliyi və bir çox qərb ölkələri bunu qanunsuz sayır.

Qərb ölkələri Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG