Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Ukrayna prezidenti Petro Poroshenko ölkənin təhlükəsizlik şurasına BBC-nin 3 jurnalistinin sanksiyalara düşən jurnalistlər siyahısından çıxarılmasını tapşırıb.

Bu barədə sentyabrın 17-də prezidentin mətbuat katibi Svyatoslav Tseholko özünün Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə Poroshenko bildirib ki, mətbuat azadlığı onun üçün çox önəmli məsələdir.

Ukrayna sentyabrın 16-da BBC-nin 3 jurnalisti də daxil olmaqla 41 media işçisinin ölkəyə girişini qadağan edib.

Kremlbu sanksiyaların tamamilə qəbuledilməz olduğunu bəyan edib.

Kremlin sözçüsü Dimitry Peskov sentyabrın 17-də bildirib ki, Moskva bu addımı kəskin ittiham edir.

Həmçinin Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Ukrayna prezidenti Petro Poroshenkonun bu addımını tənqid edib.

Təşkilatın yaydığı bəyanatda bunun Kiyevin öz maraqlarına zidd olduğunu bildirilir.

Siyahıya Rusiya jurnalistləri ilə yanaşı Bolqarıstan, Estoniya, Almaniya, Polşa, Serbiya, Slovakiya, İspaniya, İsveçrə, Böyük Britaniya, İsrail, Latviya, Makedoniya, Qazaxıstandan olan jurnalist və bloggerlər də var.

Ukrauna onların milli təhlükəsizliyə real təhlükə olduqlarını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG