Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57

►Ata deyir, övladının əlindən getməsinə həkim səhlənkarlığı səbəb olub

Avqustun 16-da Goranboydakı doğum evində uşaq ölümü baş verib. Rayon sakini Şahbaz Məmmədovun deməsinə görə, yeni doğulan ilk övladı bir neçə saat sonra elə xəstəxanadaca gözlərini əbədi qapayıb.

Ata deyir, həkimlər bəhanə edirlər ki, guya körpəyə mikrob keçib. O isə ilk övladının əlindən getməsinə həkim səhlənkarlığının səbəb olduğunu iddia edir:

“Qəflətən bu uşağa nə ola bilərdi axı?.. Mən həkimlərin səmimiyyətinə inanmıram. Ona görə də ekspertiza tələb etdim, uşağın başının arxa tərəfi qanamışdı. Açıq-aşkar zədə izləri vardı. Ancaq boyunlarına almırlar. Həkimlərə dedim, “sizdən şikayət edəcəm, mənim həsrətlə gözlədiyim övladımı öldürmüsünüz”. O qədər soyuqqanlı qarşıladılar ki, sözlərimi… Sanki öldürdükləri insan deyildi”.

Buna da bax: Bakı-Sumqayıt yolunda dəhşətli qəza- [fotolar]

“SİNƏMƏ HƏMİŞƏLİK ÖVLAD DAĞI ÇƏKDİLƏR”

Şahbaz Məmmədov rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Deməsinə görə, yalnız bundan sonra həkimlər vəziyyətin ciddi olduğunu nəzərə alıblar. Hətta evinə də gəliblər:

“Xəstəxanada onlara uşağımın ölümünə görə şikayət edəcəyimi bildirəndə dedilər, “get, elə”. Ancaq şikayətimdən sonra evimə gəldilər. Xahiş etdilər ki, şikayətimi geri götürüm. Bildirdim ki, “sona qədər gedəcəm”. Onlar mənim sinəmə həmişəlik ilk övlad dağı çəkiblər. Görün bunlar nə qədər nəzarətsiz qalıblar ki, mənim uşağımı öldürəndən sonra başqa doğuşlar da qəbul ediblər. Bunlarda məsuliyyət, gözlərində qorxu deyilən şey yoxdur."

Göranboy rayon Mərkəzi Xəstəxanasından qeyd ediblər ki, məsələ rayon prokurorluğunda araşdırıldığına görə münasibət bildirə bilməzlər.

Rayon prokurorluğundan isə şikayət ərizəsinin araşdırıldığını bildirdilər. Son qərar araşdırmaların nəticəsində deyiləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG