Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:02

Azərbaycanda keçiriləcək parlament seçkilərinə bu günədək 743 nəfərin namizədliyi verilib.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlardan 369-u siyasi partiyalar, 29-u “Azadlıq-2015” siyasi partiyalar bloku, 2-si təşəbbüs qrupları tərəfindən, 343-ü isəfərdi qaydada irəli sürülüb.

743 nəfərdən 558-nin namizədliyi təsdiq olunub və onlardan 469-sı imza vərəqi alıb. Imza vərəqi alan 469 nəfərdən 30-u artıq imza vərəqlərini qaytarıb.

Azərbaycanda növbəti parlament seçkisi noyabrın 1-də keçiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG