Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:14

Kreml Ukraynanın bir sıra KİV vasitələrinə qarşı tətbiq etdiyi sanksiyaların tamamilə qəbuledilməz olduğunu bəyan edib.Kremlin sözçüsü Dimitry Peskov sentyabrın 17-də bildirib ki, Moskva bu addımı kəskin ittiham edir. O bunun mətbuat və digər azadlıqlıqlara tam zidd olduğunu bildirib.

Ukrayna sentyabrın 16-da BBC-nin 3 jurnalisti də daxil olmaqla onlarla media işçisinin ölkəyə girişini qadağan edib.

Həmçinin Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Ukrayna prezidenti Petro Poroshenkonun bu addımını tənqid edib.

Söhbət ümumilikdə 41 xarici KİV nümayəndəsindən gedir.

Bu jurnalist və bloggerlər Kiyevin sanksiyalarına düşən 388 fiziki şəxs sırasındadır.

Təşkilatın yaydığı bəyanatda bunun Kiyevin öz maraqlarına zidd olduğunu bildirilir.

Siyahıya Rusiya jurnalistləri ilə yanaşı Bolqarıstan, Estoniya, Almaniya,Polşa,Serbiya,Slovakiya,İspaniya,İsveçrə,Böyük Britaniya, İsrail, Latviya, Makedoniya, Qazaxıstandan olan jurnalist və bloggerlər də var.

Ukrauna onların milli təhlükəsizliyə real təhlükə olduqlarını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG