Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Tacikistan hakimiyyəti qətlə yetirilmiş keçmiş müdafiə naziri müavini Abduhalim Nazarzodanın qadağan olunmuş İslam Dirçəliş Partiyası ilə əlbir olduğunu bildirir.

Nazazoda sentyabrın 16-də Düşənbənin şərqindəki Romit vadisində keçirilən əməliyyat zamanı öldürülüb. Reyd zamanı onun 10 silahdaşı də məhv edilib.

Baş prokurorluğun yaydığı məlumatda deyilir ki, o və tərəfdarları İslam Dirçəliş partiyasının hazırda mühacirətdə yaşayan lideri Muhiddin Kabirinin göstərişi ilə hərəkət edirmişlər.

Prokurorluq həmçinin bir neçə partiya lideri və fəalının həbs edildiyini bildirir.

Tacikistanın ədliyyə nazirliyi ötən ay bu partiyanın fəaliyyətini qadağan edib.

Nazirlik bildirib ki, partiya lazım olan ictimai dəstəyi toplaya bilmədiyindən qeydiyyata alınmayıb.

Tacikistan hakimiyyəti Nazarzoda və onun dəstəsini sentyabrın 4-də Düşənbə ətrafındakı polis məntəqəsinə hücumda ittiham edir.

Həmin hücumda 9 polis və 17 yaraqlı ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG