Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:56

Göyçayı su basıb


Foto illüstrtasiya.
Foto illüstrtasiya.

-

Sentyabrın 17-də gecə Göyçay rayonunda baş verən güclü yağış və sel nəticəsində rayondakı həyətləri, evlərin zirzəmilərini su basıb.

Bu haqda AzadlıqRadiosuna Göyçay rayon sakini Tamilla Hüseynova məlumat verib.

Şahidlərin dediyinə görə, sel nəticəsində yolları palçıq, lil tutub. Güclü külək ağacları, elektrik dirəklərini yıxıb. Rayonun içindəki arx suları daşıb.

Güclü yağış səhərə qədər davam edib.

Göyçay rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, sel suları əsasən rayondakı bir neçə evin zirzəmisinə dolub. Bir neçə kənddə isə əkin sahələrini su basıb. Elektrik enerjisi kəsilib.

Hazırda enerjinin bərpası işləri davam etdirilir. Dəyən ziyan hesablanır.

XS
SM
MD
LG