Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

-

Sentyabrın 17-də Avropa Liqasının qrup mərhələsinin I turunda “Qəbələ” Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib ki, komanda nəticə əldə etməyə çalışmalıdır.

Xəbəri komandanın rəsmi saytı yayıb.

Baş məşqçi bildirib ki, “Qəbələ” indi əvvəlkindən daha yaxşı, hazırlıqlı vəziyyətdədir: “Play-offda mərhələ adlamaq üçün oynayırdıqsa, qrupda xal qazanmaqdan ötrü mübarizə aparacağıq. Komandamızda Rafael Santosdan başqa hər kəs qarşılaşmaya hazırdır. Yeni transferlərin də hazırlığını 100 faizlə dəyərləndirmək olmaz. Lakin onların da meydana çıxması istisna deyil”.

“Qəbələ” - PAOK qarşılaşması sentyabrın 17-də saat 22.00-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG