Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:22

-

Sentyabrın 17-də jurnalist Rasim Əliyevin 40 mərasimi keçirilir.
Mərasim Günəşli qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin mərasim zalında, saat 10-da başlayır.

Rasim Əliyevi avqustun 8-də bir neçə adam döyüb. Həmin gün şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Avqustun 9-na keçən gecə onu əməliyyat ediblər. Səhərə yaxınsa vəfat edib.

İstintaqın versiyasına görə, jurnalistin döyülməsinə səbəb «facebook»da «Qəbələ» komandasının kapitanı Cavid Hüseynovu tənqid etməsi olub.

Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib. Futbolçu Cavid Hüseynov isə cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG