Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:04

"Rusiyanın veto hüququ ləğv olunsun"


Kiyevin mövqeyinə görə Rusiyanın veto hüququ ona törətdiyi təcavüzlərə görə beynəlxalq cəzadan yayınmaq imkanı verir.

Ukrayna Rusiyanın BMT Təhlükəszilik Şurasındakı veto hüququnun məhdudlaşdırılması cəhdlərini artırıb.

Kiyevin mövqeyinə görə Rusiyanın veto hüququ ona törətdiyi təcavüzlərə görə beynəlxalq cəzadan yayınmaq imkanı verir.

Ukrayna parlamentinin sentyabrın 16-da yekdilliklə qəbul edilmiş qətnaməsində deyilir ki, Rusiyanın veto hüququna malik olduğu hazırkı Təhlükəsizlik Şurası islah edilməlidir.

Qətnamə bütün BMT üzvlərini Rusiyanın Ukraynadakı təcavüzünün dayandırılması üçün bütün mümkün tədbirlərə əl atmağa çağırıb.

Ötən iyul ayında Rusiya Malayziya sərnişin təyyarəsinin vurulması üçün məsul olan şəxslərin beynəlxalq tribunala verilməsi barədə qətnaməyə veto qoyub.

Ötən il Rusiya Krımın ilhaqını pisləyən BMT qətnaməsini vetolayıb.

Bundan əvvəl Fransa BMT-nin Təhlükəszilik Şurasını böhran anlarında daha hərəkətli etmək üçün ABŞ, Britaniya, Rusiya və Çini öz veto hüquqlarından könüllü imtina etməyə çağırmışdı.

Rusiya Fransanın bu təşəbbüsünü dərhal və birmənalı şəkildə rədd edib.

XS
SM
MD
LG