Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:50

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic ukraynalı jurnalist Heorgiy Gongadzenin qətlinin 15 illiyi ilə bağlı bir daha Ukrayna hakimiyyətini hərtərəfli istintaq aparmağa çağırıb.

2000-ci il sentyabrın 16-da Gongadzenin Kiyev ətrafındakı müşəlikdə başsız cəsədi tapılıb.

Mijatovic sentyabrın 16-da bildirib ki, Gongadze cəsarətli işinə görə, böyük haqq ödəməli olub.

Onun ölümündən 15 il sonra da Ukraynada ifadə azadlığı və azad mətbuat sahəsində neqativ hallar hələ də davam edir.

Mijatovic bildirib ki, bu cinayəti törədənlər tapılıb cəzalandırılmalıdır.

O həmçinin ötən ilin aprelindən bu yana rusiyapərəst separatçılarla mübarizə zamanı törədilən 9 qətl və jurnalistlərə hücumlarla bağlı istintaqın gedişində irəliləyiş olmamasından təəssüf bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG