Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

►Bu ilin ilk 6 ayının nəticələrinə görə, Azərbaycanın ixracatının 86.79 faizini təşkil edən neft, qazın əsas alıcıları Avropa ölkələridir.

Hazırda Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə yenidən baxması, hətta Rusiya kimi sanksiyaya sanksiya ilə cavab verməsinin vacibliyi haqda fikirlər səslənir.

Azərbaycanın Avropaya daha çox ehtiyacı var, yoxsa Avropanın Azərbaycana?

Azərbaycan Avropa Birliyinin ticarət tərəfdaşları siyahısında yalnız 35-cidir (Rusiya 3-cüdür). AB-nin Azərbaycandan ciddi asılılığı yoxdur. Azərbaycan onun mal və məhsul idxal etdiyi ölkələrin siyahısında 26-cı, mal ixrac etdiyi ölkələrin siyahısında isə 56-cıdır.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2015-ci ilin yanvar-iyul aylarında ticarət əməliyyatları aparılan ölkələrdən ən çoxu Avropanın (45) payına düşür. O cümlədən, ticarət dövriyyəsindəki ilk 15 ölkədən 7-i Avropa dövlətləridir.

Buna da bax: Azərbaycan olimpiadadan imtina elədi

İXRAC- AVROPAYA, TƏHSİL ÜÇÜN - AVROPAYA

Bir ölkənin dünya ticarətindən daha çox pay götürməsi onun ixracından asılıdır. Azərbaycanın ixracında da Avropa ölkələri əsas yer tutur. İxracın 20.59 faizi İtaliyanın, 11.90 faizi Almaniyanın, 7.38 Fransanın, 5.37 faizi Çexiyanın, 3.92 Avstriyanın, 3.39 İspaniyanın payına düşür.

Bu ilin ilk 6 ayının nəticələrinə görə, ixracın 86.79 faizini təşkil edən neft, qazın da əsas alıcıları Avropa ölkələridir.

Azərbaycanın əsas neft-qaz kəmərləri də Avropaya istiqamətlənib. Üstəlik, yeni kəmərlərin də (TAP, TANAP) istiqaməti Avropayadır.

Neft Fondunun 2015-ci ilin ilk altı ayı üzrə investisiya portfelinin coğrafi regionlar üzrə ən çox payı Avropaya düşür – 57.28 faiz.

Buna da bax: İcra başçısının oğluna yüngül cəza...

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”nda iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (27,8%), Almaniya (13,7%), həmçinin Fransa 95 nəfər, İsveçrə (99 nəfər) və İtaliyada (35 nəfər) təhsil alıblar və almaqdadırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG