Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Macarıstan Serbiya ilə sərhəddi bağladığına görə, Qərbi Avropaya keçmək istəyən miqrantlar Serbiyadan Xorvatiyaya üz tutublar.

Miqrantları aparan avtobuslar sentyabrın 16-da Xorvatiya sərhəddinin yaxınlığına çatıb.

Reuters agentliyinin müxbiri azı 100 miqrantın qarğıdalı zəmisi ilə Xorvatiyaya tərəf üz tutduqlarını xəbər verir.

Baş nazir Zoran Milanovic miqrantların ölkəyə keçməsinə icazə veriləcəyini bildirib.

“Xorvatiya burda qalmaq istəyənləri qəbul etməyə, getmək istəyənləri isə, (Yəqin ki, Almaniya və Skandinaviya ölkələri) yola salmağa tam hazırdır.

O ölkə rəsmilərinin miqrantların ölkədən keçməsinə kömək edəcəklər.

“Biz rəngindən və dinindən aşlı olmayaraq buna hazırıq. Burdakı insanlar-qadın, işaq və kişilər yaşayıb-yaratmaq istəyirlər.Amma onlar Xorvatiyada qalmaq istəmirlər.

Qeyd edək ki, Avropa Birliyinin üzvü olan Xorvatiya Şengen zonasına daxil deyil.

Polis bildirib ki, qaçqınlar qeydiyyata alındıqdan sonra Zaqreb ətrafndakı məntəqələrə veriləcək.

Zaqreblə Sloveniyanın arası cəmi 30 kilometrdir.

Xorvatiya prezidenti Grabar-Kitarovic sentyabrın 16-da ölkənin təhlükəsiaşik şurasını qaçqın böhranını müzakirə etməyə çağırıb.

O ildirib ki, görüş sentyabrın 18-də keçirilə bilər.

Macarıstan sentyabrın 15-də Serbiya ilə sərhədlərini tam nəzarətə götürüb.

Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan qaçqınlar İtaliya, Yunanıstan,Serbiya və Macarıstan vasitəsi ilə Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG