Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:59

Azərbaycan-Çexiya biznes forumu keçirilib


İlham Əliyev və Milos Zeman
İlham Əliyev və Milos Zeman

-

Sentyabrın 16-da Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və Çexiya prezidenti Miloš Zeman forumda iştirak ediblər.

İkitərəfli münasibətlərin strateji xarakter daşıdığını deyən İlham Əliyev prezident Miloš Zeman-ın səfəri çərçivəsində ölkələr arasında strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı səfər çərçivəsində Çexiya banklarının Azərbaycandakı layihələrdə iştirakının müzakirə olunduğunu, Azərbaycanın maliyyə tərəfdaşı kimi öhdəliklərini uğurla yerinə yetirdiyini diqqətə çatdırıb.

Ölkəsinin idxal etdiyi neftin 30 faizdən çoxunun Azərbaycandan gəldiyini deyən Miloš Zeman Çexiyada 200-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirib. O, bu sahədə əlaqələrin genişləndirilməsinin mümkünlüyünə toxunub. M.Zeman ölkələr arasında sıx əməkdaşlığın qurulduğunu deyərək bu nailiyyətin biznes dairələrini də əhatə etməsinin vacibliyinə diqqət çəkib. /AZƏRTAC/

XS
SM
MD
LG