Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:09

-

«Rusiya diqqətini Ukraynadan Suriyaya yönəltdikcə, Ukrayna münaqişəsində kimin uduzub, kimin qazandığını dəyərləndirməyə dəyər». «The Washington Post»da Daniel Drezner yazır ki, Ukrayna münaqişəsi sabitləşdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin Suriyaya daha çox hərbi qüvvə yerləşdirir. Bu, nə deməkdir?

Təhlilçilərin bu suala cavabları haçalanır. «Həmkarım Jackson Diehl deyir ki, bu, Putin-in qələbə çalmasının əlamətidir. Bəzi analitiklər iddia edirlər ki, Putin Ukraynada uğursuzluğa düçar olduğu üçün Yaxın Şərqi qarışdırmağa başlayıb. Ancaq buna başqa yöndən baxaq: Putin gücdən istifadə etməklə Ukraynada tələblərini Qərbə qəbul etdirdi – indi də zəfərini ikinci teatrda təkrarlamağa çalışır».

Almaniyanın Marşal Fondundan Ulrich Speck isə yazır: «Rusiya Ukraynada məğlubiyyətini elan etməyəcək. Ancaq Ukraynanın Donbasda müqaviməti Moskvanın Ukraynaya nəzarəti qazanmasını mümkünsüz etdi. Rusiyaya tabe olmaqdansa, Ukrayna liberal-demokratik dövlət qurmaq üçün uzun, ağır bir yola başladı».

Müəllifin fikrincə, «Ukraynanı itirən kimdir» sualının cavabı hansı dönəmə baxmaqdan asılıdır. 2014-cü ilin fevralına, Viktor Yanukovych-in səhnədən getdiyi dönəmə baxanda, itirənin Qərb olduğunu demək olar. Ukrayna qərbyönümlü hökumətə keçid etmək əvəzinə Rusiya tərəfindən parçalanmış bir ölkəyə çevrildi. 2013-cü ilin sentyabrına baxanda isə, deyə bilərsiniz ki, itirən Rusiyadır. O zaman Ukrayna Rusiyanın müttəfiqi idi. Ancaq həqiqət odur ki, indi Putin-in strateji mövqeyi beş il əvvəlkindən daha zəifdir.

«İndi Ukraynanı itirən kim oldu? Bir tərəfdən, təbriklər, hamınız itirmisiniz, özəlliklə də ukraynalılar! Ancaq geosiyasi perspektivdən baxanda, Rusiya ən böyük itki verən tərəfdir».

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel futbol üzrə dünya çempionatında – 2014.

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel futbol üzrə dünya çempionatında – 2014.

PUTIN DONBASI SURİYAYA DƏYİŞƏCƏK?

«Suriya Rusiya üçün ikinci Əfqanıstanamı çevriləcək? Rusiyanın münaqişəyə müdaxiləsi müdrik addımdırmı? Şayiələr dolaşır ki, Minsk sazişinə əsasən, Donbası tədricən təhvil verməli olan Moskva imicini qorumaq üçün Suriyada ABŞ koalisiyasına yardım etməyə və Qərblə münasibətləri düzəltməyə çalışır. Bu plan nəzəri baxımdan yaxşı səslənsə də, praktik deyil».

«The Moscow Times» qəzetində siyasi təhlilçi Georgy Bovt bu arqumentini belə izah edir ki, Ağ ev nə Bashar Assad rejimini, nə də Rusiyanın bu ölkəyə yardımını qəbul edir. Vaşinqtonun mesajlarından belə görünür ki, Qərb tezliklə Rusiyaya Suriyadakı roluna görə sanksiya qoya bilər. Vaşinqton özəlliklə Rusiya və İran silahlıları arasında mümkün koordinasiya barədə şayiələrdən narahatdır.

«Putin ümid edirsə ki, BMT Baş Assambleyasında çıxışı zamanı Suriya münaqişəsinin həllində iştirakını «sata biləcək», yəqin xəyal qırıqlığına uğrayacaq. Qərb Moskvadan heç nə «almaq» əhvalında deyil. Özəlliklə də Ukraynaya görə münasibətlərin pisləşdiyini nəzərə alsaq, mənzərə aydınlaşar».

Müəllif yazır ki, «Donbası Suriyanın əvəzində təhvil vermək» ideyasına gəlincə, bu dəfə imkanların şişirdildiyi görünür. İndi Rusiyada durum daha sadədir. Orta rusiyalı Ukrayna, Novorossiya barədə eşitməkdən yorulub. Donbasda Rusiya-Ukrayna sərhədinə nəzarət sabah Kiyevin əlinə keçsə belə, Rusiyada ictimai fikir - bəzi bloqqerləri çıxmaqla - buna reaksiya verən deyil.

Qaçqınlar Avstriya-Macarıstan sərhədində - 14 sentyabr 2015.

Qaçqınlar Avstriya-Macarıstan sərhədində - 14 sentyabr 2015.

ŞƏRQİ AVROPANIN YADDAŞSIZLIĞI

«The New York Times» redaksiya məqaləsində Avropanın qaçqın böhranından yazır. Məqalədə vurğulanır ki, Avropa Birliyində qaçqınların paylaşdırılması kvotasına razılaşmayanlar, nə qədər utancverici olsa da, Şərqi Avropa ölkələridir – onlar elə təzəlikcə, Qərb qonşularının dəstəyi ilə varlanıblar.

Çoxu 25 il öncə Sovet əsarətindən qurtulublar, hələ də qonşularından kasıbdırlar. Çoxlarının ərazisində dünyanın müxtəlif yerlərindən insanlar var.

Digər ölkələrdən əməkdaşlıq görməyən Almaniya da sərhədinə nəzarət tətbiq etməli oldu.

«Bu baş verənlər şərqi avropalıları narahat etməlidir. Vaxtilə kommunist diktaturası altında azad gəzə bilmirdilər. Qərbin liberal demokratiyasına qoşulduqda ürəkaçıqlığı ilə qarşılanmaları bütün Avropanın zəfəri idi. İndi isə həmin şərq ölkələrinin Avropa birliyinin parçalanmasına töhfə verməsi faciə olardı. Bu birlik Avropaya heç vaxt indiki kimi gərək olmayıb».

XS
SM
MD
LG