Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:38

Rektorlar deputat seçilsələr, gedəcəklər


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülən rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər.

Bu barədə apa-ya YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun dediyinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.

YAP-ın sentyabrın 15-də açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.

Hazırda həm rektor, həm də millət vəkili olan Abel Məhərrəmli (Bakı Dövlət Universiteti), Əhməd Vəliyev (Odlar Yurdu Universiteti) deputatlığa namizədliklərini irəli sürməyiblər.

XS
SM
MD
LG