Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:09

-

Bu gecə Azərbaycanın şimal-qərb bölgəsində güclü leysan və dolu yağıb.

Zaqatala rayon İcra Hakimiyyətindən APA-da verilən məlumata görə, rayonun Gözbarax, Çobankol, Mamrux və bir sıra yaşayış məntəqələrinə dolu düşüb. Təsərrüfatlara ciddi ziyan dəyib. Güclü külək nəticəsində rayonun bir sıra kəndlərində ağaclar qırılıb. Bir sıra yaşayış məntəqələrində elektrik verilişində fasilə yaranıb.

Qax rayon sakinlərinin dediyinə görə, güclü külək nəticəsində Qax-Qorağan və Qax-Tasmalı avtomobil yollarının kənarında 50-dən çox ağac aşıb. Qaxın bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Şəki şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü küləyə görə rayonun bir sıra ərazilərində ağacların aşması nəticəsində elektrik xətləri qırılıb, bir neçə evin dam örtüyünü külək aparıb. Şəhər ərazisinə düşənki yağışdan yaşayış evlərinin zirzəmisini su basıb. Rayonun Baş Kəldək və bir neçə kəndinə qısa müddətli dolu düşüb və təsərrüfatlara ziyan dəyib.

Hazırda hər üç rayonun Fövqəladə Hallar Komissiyasının üzvləri rayonlara dəymiş ziyanın miqdarını hesablayır və baş vermiş fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG