Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:39

- 15 sentyabr - cinayət romanlarının kraliçası Agatha Christie'nin 125-inci yaş günüdür. 1890-cı ildə dünyaya gələn Agatha Christie, yaratdığı detektiv Hercule Poirot xarakteri ilə adını qızıl hərflərlə ədəbiyyat tarixinə yazıb.

56 ildə 66 detektiv yazan Christie'nin ən yaxşı kitablarının bəziləri 1934-cü ildə yazdığı “The Murder of Roger Ackroyd” (Roger Ackroyd Cinayəti) “Murder On The Orient Express” (Şərq Ekspresində Cinayət), 1937-ci ildə yazdığı “Death On The Nile” (Nildə Ölüm) və 1939’da yazdığı “Ten Little Niggers” (On kiçik zənci) sayılır.

1977-ci ildə bioqrafiyasını yazan Christie, “The Mousetrap” (Tələ) kimi Londonda 30 ildən artıqdır oynanan bir çox pyeslər də yazıb.

1971-ci ildə İngiltərənin ən yüksək şərəf mükafatı olan “Britanya İmperatorluğu Qadın Kapitanı” nişanını alan Christie 12 yanvar 1976-cı ildə İngiltərədə vəfat edib.

O, bütün zamanların ən çox satılan yazıçılarından biridir. Populyarlığı yalnız Şekspirin populyarlığı ilə müqayisə edilə bilər.

125 illik münasibətilə müxtəlif tədbirlər keçirilir. Agata romanlarının xarici dillərə tərcüməçiləri 125 illlik münasibətilə müsahibələr verirlər və o müsahibələrdə deyirlər:

“Nə Christie'dən əvvəl, nə də ondan sonra detektiv roman yazanlar onun dırnağı belə, deyillər. Bu sahənin ən yaxşısı odur.

Agatha Christie romanlarında psixoloji elementlərdən istifadə edərək oxucularının zəkasını sınayır...”

Günün bütün mövzuları

XS
SM
MD
LG