Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27

-

Sentyabrın 16-da Bakının Nəsimi, Yasamal və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, məhdudiyyət abonentlərin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə, qaz kəmərlərinin üzərində qaztənzimləyici avadanlıqların quraşdırılması və tədbirlər planında nəzərdə tutulmuş dairəvi birləşmələrin yerinə yetirilməsi, həmçinin orta təzyiqli qaz xətti üzərində RDUK-200 tipli qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədardır.

Qeyd olunur ki, işlər yekunlaşanadək Nəsimi rayonunun 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında, M.Cəlal, C.Məmmədquluzadə, H.Seyidzadə, A.Məhərrəmov küçələrinin, Tbilisi prospektinin və Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG