Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:30

►“Başqa ölkələrdən 10-20 il əvvəl bura köçüb yaşayanlar var ki, ev-eşik, oğul-uşaq, iş sahibi olublar, ancaq hələ də Azərbaycan vətəndaşı deyillər”

“Evlənəndən sonra Qazaxıstanın Astana şəhərinə köçmüşük. Orada zavodda işləmişik. Həm də dövlət xətti ilə getmişdik. 10 il əvvəl qərara aldıq ki, vətənə qayıdaq, həyatımızın qalan hissəsini burada yaşayaq. Övladımızı da götürüb Bakıya qayıtdıq. Ancaq bizi bu 10 ildə o qədər süründürüblər ki, düzü, qayıtmağımıza peşmançılıq çəkirik. Sadəcə, geriyə yol yoxdur”.

Bunu deyən Münəvvər Sadatlı AzadlıqRadiosunun "Qaynar xətt"inə özünə və övladına vətəndaşlıq verilməməsindən şikayət edir.

Buna da bax: Emin Ağalarov: "Mənim və Leylanın bütün..." [Video]

ŞƏXSİYYƏT VƏSİQƏSİ ALA BİLMİR

10 il əvvəl həyat yoldaşı Azərbaycana qayıdıb və qısa müddət ərzində vətəndaşlıq ala bilib. Bir neçə ay sonra o da övladını götürərək Bakıya köçüb. Ancaq onun vətəndaşlıq alması mümkün olmayıb. Deyiblər ki, indi vətəndaşlıq almaq üçün yeni yaradılmış Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşmək və gözləmək lazımdır. İllər ötüb, Münəvvər Sadatlıya hələ də vətəndaşlıq verilməyib:

“Ancaq problem bununla bitmir. Mənim 20 il əvvəl Qazaxıstanda doğulmuş övladıma da vətəndaşlıq verilmir. Biz ikimiz də havada qalmışıq. Mən özüm Azərbaycanda doğulmuşam. Qazaxıstana da təyinatla getmişəm, orda ev-eşiyi satmışıq, qeydiyyatdan çıxıb Azərbaycana qayıtmışıq, burda ev də almışıq, məskunlaşmışıq. Yoldaşım burda qeydiyyata da düşüb, vətəndaşlıq da alıb. Qızımla mənə isə vətəndaşlıq verilmir. Qızım şəxsiyyət vəsiqəsi ala bilmir. Biz nə etməliyik? Aradan neçə il keçir, qocaldıq getdik, hələ də vətəndaşlıq ala bilməmişik”.

Buna da bax: Siyavuş Novruzovdan Avropaya "konslager" ittihamı

RƏSMİ CAVAB

Dövlət Miqrasiya Xidmətinin məktubunda isə bildirilir ki, Münəvvər Sadatlının övladı Şəhla Sadatlı Azərbaycanda doğulmadığı üçün ona vətəndaşlıq verilə bilməz.

“VƏTƏNDAŞLIQ ALMAQ ÇOX ÇƏTİNDİR”

Hüquqşünas Fuad Hüseynov deyir, belə münasibət qanunaziddir:

“Belə bir qanun yoxdur birmənalı şəkildə desin ki, sənə Azərbaycan Respublikasının vətəndaşlığı verilə bilməz. Vətəndaşlıq üçün müraciət edən şəxsin qarşısında qanuni şərtlər qoyulur. 5 il ərzində o şərtlərə əməl edibsə, o adama vətəndaşlıq verilməlidir. Vətəndaşlıq prezidentin fərmanı ilə verilir. Ancaq mən rast gəlməmişəm ki, son illərdə kiməsə vətəndaşlıq verilsin. Bizdə vətəndaşlıq almaq çox çətindir. Başqa ölkələrdən 10-20 il əvvəl bura köçüb yaşayanlar var ki, ev-eşik, oğul-uşaq, iş sahibi olublar, ancaq hələ də Azərbaycan vətəndaşı deyillər. Xanım Dövlət Miqrasiya Xidmətindən aldığı imtina məktubu əsasında ərazi üzrə inzibati məhkəməyə müraciət edə bilər. Bəlkə problemini hüquqi müstəvidə həll edə bildi”.

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci – “Vətəndaşlıq hüququ” maddəsində konkret göstərilir ki, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG