Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:38

Macarıstan sentyabrın 15-də Suriya və digər ölkələrdən qaçqın axınına görə, Serbiya ilə əsas sərhəd məntəqəsini bağlayıb.

Ölkə rəsmiləri bundan bir gün öncə Macarıstana rekord həddə 9380 qaçqın keçdiyini deyirlər.

Macarıstan polisi yeni qaydanın tətbiqindən sonra günün yarısınadək sərhəddi keçməyə cəhd göstərən 60 miqrantın saxlandığını bildirir.

Yeni qaydaya görə sərhəddi pozanlar həbs və ya ölkədən deportasiya edilə bilər.

Macarıstan sentyabrın 15-dən Seriya ilə sərhəddəki iki məntəqədə fövqəladə vəziyyət rejimi tətbiq edib və polisə əlavə səlahiyyətlər verilib.

Son vaxtlar Yaxın Şərq və Afrika ölkələrindən Avropa Birliyi ölkələrinə kütləvi qaçqın axını başlayıb.

Onların əksəriyyəti İtaliya və Yunanıstandan Qərbi Avropa ölkələrinə keçmək istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG