Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:05

Bakının qurtuluş günü qeyd olunub


►15 Sentyabr Bakının Qurtuluşunun 97-ci ildönümüdür.

Milli Şuraya daxil qurumlar, Müsavat, Vətəndaş Həmrəyliyi partiyaları, digər ictimai-siyasi qurumlar Şəhidlər Xiyabanında Bakının azadlığı uğrunda həlak olmuş Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış “Türk əsgəri” abidəsini ziyarət ediblər.

1918-ci ildə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak hərbi birliyinin işğalından azad edib. Döyüşlərdə minlərlə türk hərbçisi həlak olub.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Bakının azad edilməsi Azərbaycan tarixində önəmli bir səhifəsidir.

“1918-ci ilin bu ağır dövründə Rusiya və digər güclər Bakı istisna olmaqla Azərbaycanın müstəqilliyini tanımaq istədiyini bildirirdi.

Lakin türk nizami qüvvələrindən və Azərbaycan könüllülərindən təşkil olunmuş Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru bir tarix, hekayə yaratdı. Sentyabrın 15-də Bakını azad etdilər”.

AXCP sədri Əli Kərimli bildirib ki, Bakının işğaldan azad edilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra Azərbaycan xalqının ən əlamətdar günüdür.

”Çünki o təlatümlü illərdə cızılmış sərhədlər bir çox millətlərin sonrakı taleyini müəyyənləşdirdi. Nə yaxşı ki o illərdə Türkiyədən gələn qardaşlarımızın və Azərbaycan könüllülərinin iştirakı ilə biz Bakını azad edə bilmişik. Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının birbaşa rəmzidir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG