Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:32

Nazir: «Ölkədə dərman qıtlığı yoxdur»


Şahin Mustafayev
Şahin Mustafayev

-

«Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərmanların Azərbaycana idxalına heç bir məhdudiyyət yaratmır».

Bunu iqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev «Azərbaycan» qəzetinə müsahibəsində deyib.

Ş.Mustafayev bildirib ki, qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman Azərbaycana idxal oluna bilər: «Onu da qeyd edim ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan dərman vasitələrinin həcmində artım müşahidə edilir və ölkədə dərman qıtlığı yoxdur».

Nazir deyib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında əczaçılıq məhsullarının istehsalının təşkili məqsədi ilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparılır.

XS
SM
MD
LG