Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:54

Bakının qurtuluşu ilə bağlı yeni kitab çıxdı


«Qafqaz İslam Ordusunun Azərbaycanda izləri» kitabı

«Qafqaz İslam Ordusunun Azərbaycanda izləri» kitabı

-

Bakının qurtuluşunun 97-ci ildönümü münasibətilə tarixçi - alim Nəsiman Yaqublunun «Qafqaz İslam Ordusunun Azərbaycanda izləri» kitabı nəşr edilib.

Müəllif bu haqda fikirlərini oxucularla belə bölüşür: «M.Ə.Rəsulzadə yazırdı: «28 mayda biz istiqlalımızı sözdə elan etmişdiksə, 15 sentyabrda bunu əməli şəkildə həyata keçirdik».

Həqiqətən də istiqlalımızın reallaşmasında, cümhuriyyətimizin yaşamasında Qafqaz İslam Ordusunun fədakarlığı danılmazdır. Min yüzdən çox türk əsgəri canını Azərbaycanın azad edilməsi üçün fəda edib. Biz onları unutmamalıyıq. Bax, bu tarixi yaşatmaq üçün qızmar yay günlərində onların azad etdiyi Azərbaycan bölgələrini qarış-qarış gəzdim, o yerlərin fotolarını çəkdim, türk şəhid məzarlarını ziyarət etdim, arxivlərdən sənədlər topladım və kitabı nəşr etdirdim», - N.Yaqublu qeyd edib.

Müəllifin fikrincə, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu yalnız Bakını azad etməyib: «Onlar böyük fədakarlıqla Azərbaycanın əksər bölgələrini azad ediblər. Məqsədim məhz bu faktları oxuculara çatdırmaq olub. Onlar Gəncədə, Göyçayda, Ucarda, Kürdəmirdə, Hacıqabulda, Ağsuda, Şamaxıda, Qobustanda, Qobuda, Güzdəkdə və digər Bakıətrafı bölgələrdə savaşıb torpaqlarımızı düşmənlərdən azad edib. Onlar vətənimizin vətən olması üçün unudulmaz işlər görüblər».

Kitabı Bakı Kitab Klubu nəşr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG