Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

-

Meksika Misiri çağırır ki, azı 2 meksikalının hava zərbəsində öldürülməsini, altı vətəndaşının isə yaralanmasını dərhal araşdırsın.

Prezident Enrique Pena Nieto deyib ki, 14 meksikalı bazar günü Misirin Qərb Səhrasında baş verən insidentdə hədəfə alınıb.

Misir hakimiyyəti yaraqlıları izləyən təhlükəsizlik qüvvələrinin səhvən 12 nəfəri öldürdüyünü, 10 nəfəri isə yaraladığını bildirib.

Pena Nieto deyib ki, bu hadisə bütün ölkəni sarsıdıb, illərdir belə bir şey baş verməyib.

Misir baş nazir Ibrahim Mahlab-ın başçılığı ilə təhqiqat komitəsi yaradacağına söz verib.

XS
SM
MD
LG