Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

Aİ ölkələri yerləşdiriləcək qaçqınların məcburi kvotasına dair ortaq məxrəcə gələ bilməyiblər.

Avropa İttifaqı ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə miqrantların 28 üzv arasında paylaşdırılacağına dair razılıq əldə edilib.

Lakin bununla belə, ölkələr yerləşdiriləcək qaçqınların məcburi kvotasına dair ortaq məxrəcə gələ bilməyiblər.

Bundan əvvəl Almaniyanın ardınca digər Aİ üzvləri də sərhədlərindəki yoxlama rejimini bərpa edib.

Bazar ertəsi Macarıstan öz sərhədinin hasarlanmasını başa çatdırıb.

Yeni qanun sərhədi qanunsuz keçənlərin həbsinə icazə verir.

Avstriya, Slovakiya, Polşa və Hollandiya da İttifaq daxilindəki sərhəd rejimini gücləndirəcəklərini elan ediblər.

Bu hadisələr Avropa İttifaqında hərəkət sərbəstliyi verən Şengen vizasının gələcəyini şübhə altına alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG