Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:54

Putin Düşənbədə həmkarları ilə görüşəcək


Vladimir Putin, Nursultan Nazarbayev, Alexander Lukashenko, Serzh Sarkisian və Almazbek Atambayev.

Vladimir Putin, Nursultan Nazarbayev, Alexander Lukashenko, Serzh Sarkisian və Almazbek Atambayev.

Sentyabrın 14-də Düşənbədə Tacikistan və Qazaxıstan prezidentlərinin görüşü olub.

Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib, yeni strateji tərəfdaşlıq razılaşması imzalayıblar.

Söhbət Qazaxıstanda işləyən miqrantların statusu, Qazaxıstanın Tacikistana sərmayyə qoyuluşunu artırması və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən gedir.

Sentyabrın 15-də Düşənbədə Kollektiv Təhlükəsialik Təşkilatı ölkələri liderlərinin sammiti keçiriləcək.

Prezidentlərlə yanaşı sammitdə Rusiyanın müdafiə naziri Sergei Shoigu da iştirak edəcək.

Sammitdə təşkilata yeni baş katib və baş qərargah rəisi seçiləcək.

Rusiya prezidenti Vladimir Putinin sammit çərçivəsində həmkarları ilə ayrıca görüşü gözlənilir.

Bu təşkilata Rusiya, Belarus,Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG