Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:18

"Qəbələ" Vüqar Nadirovdan sonra daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubun rəsmi məlumatına görə, keçmiş kapitanı Ruslan Abışovla yenidən bir araya gəlib və onunla mövsümün sonunadək müqavilə imzalanıb.

28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən "Xəzər Lənkəran"a keçmişdi.

Bunadək isə futbolçu 2006-2012-ci illərdə "Neftçi" də,2012-2013 illərdə "Xəzər Lənkəran"da, 2013-2015-ci illərdə Kazanın “Rubin" klubunda, 2014-1015-ci illərdə isə "Qəbələ"də çıxış edib.

Abışov Azərbaycan yığmasında 45 oyun keçirib və 4 qol vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG