Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:35

Macarıstan Serbiya ilə sərhədlərin möhkəmləndirilməsinə təxminən 900 polis cəlb edir.

Bunu sentyabrın 14-də Budapeştdə polislərlə görüşdə baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Macarıstan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı yeni qayda artıq sentyabrın 15-dən qüvvəyə minməlidir.

Baş nazir deyib ki, sabahdan başlayaraq Macarıstan sərhəddini qanunsuz keçmək qanun pozuntusu yox, həm də həbs və ya ölkədən çıxarılmaya səbəb olan cinayət olacaq.

Macarıstan son bir neçə aydır ki, Yaxın Şərq və Afrika ölkələrindən böyük qaçqın axını ilə üzləşib.

Bu ölkə qaçqınlar üçün əsas tranzit hesab olunur.

Əksəriyyəti Suriya, İraq və Afrika ölkələrindən olan qaçıqnlar əsasən Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

XS
SM
MD
LG