Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

Sentyabrın 15-dən başlayaraq rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağandır.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını və bu avtomobillərin şəhərin girişlərindəki dayanacaqlarda saxlanılacağını bildirib.

Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-dək Bakıya daxil ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, qadağa müəyyən edilmiş saatlarda yük və minik avtomobillərinin şəhərə girişi ilə bağlıdır, gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil olan rayon qeydiyyatında olan minik avtomobillərinin şəhər içərisində hərəkətinə isə qadağa qoyulmayıb.

"Yəni rayon qeydiyyatında olan minik avtomobillərini gün ərzində şəhərdə sərbəst hərəkət edə biləcək", - deyə o vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG