Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:23

- Çilili qrafik rəssam Javier Jensen mövzuları və üz qapaqlarıyla dünya klassikləri arasında yer alan roman kitablarını GIF formatına salaraq, onlara can verib.

Onun tərtibatında F.Scott Fitzgerald'ın “Möhtəşəm Gatsby” romanının məşhur kitab qapağında görünən bir cüt göz zərif bir şəkildə açılıb-yumulur.

Arthur Conan Doyle'un əfsanəvi detektivi Sherlock Holmes'un qəlyanından tüstü çıxır.

Javier Jensen klassikləşən kitab qapaqlarının əsas cizgilərini dəyişdirməməyə, sadəcə onları daha çəkici etməyə çalışıb.

Hərəkətlənən yeni kitab qapaqları arasında ən çox diqqət çəkən Herman Melville'in “Moby Dick” romanı olub. Olduqca sadə bir ilkin tərtibata malik olan qapaqda balinanın quyruğu suyun üzünə çıxır və yenidən suya batır.

Jensen kitab qapaqlarını sərgiləyəndə deyib: “Fərqli mövzulara qarşı fikirlərimizin, yuxularımızın və inanclarımızın yaranmasına səbəb olan bu romanlara yeni bir nəfəs gətirmək istədim.

Bəzədiyim yeni kitab qapaqları mənim bu romanların qapaqlarına hər dəfə baxanda təsəvvürümdə canlandırdığım hərəkətli rəsmlərdir.“

Javier Jensen’in tərtib etdiyi qapaqlara burada baxmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG