Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:22

Talibançılar 300-dən çox məhbusu qaçırıblar


Əfqanıstanın Qəzni şəhərindəki həbsxana.

Əfqanıstanın Qəzni şəhərindəki həbsxana.

Taliban Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərindəki həbsxanaya hücum edərək, yüzlərlə məhbusu azadlığa buraxıb.

Qəzni valisinin müavini Mohammad Ali Ahmadi deyib ki, hücumçulardan biri sentyabrın 14-də özünü həbsxananın darvazası qarşısında partladıb, digərləri isə içəri soxulub.

Onun sözlərinə görə, ümumilikdə 400-dən çox məhbus qaçıb. Onlardan 80-i tutulub, azı 352-si isə qaça blib.

Ahmadinin dediyinə görə onlardan təxminən 150-si talibançılardır.

Amma Ahmadi bundan bir gün əvvəl 20 ən təhlükəli məhbusun davaya görə başqa yerə köçürüldüklərini deyir.

Hücum zamanı 7 talibançı və 4 təhlükəsizlik əməkdaşının öldürüldüyü bildirilir.

Reuters-in hadisə yerində olan müxbiri də demək olar ki, bütün məhbusların qaçdığını bildirir.

Hücum zamanı həmçinin 7 polisin yaralandığı xəbər verilir.

Hücumçular hərbi formada olublar.

Talibanın sözçüsü Zabihullah Mujahid də hücumu təsdiqləyib.

Onun sözlərinə görə, hücumçuların içində 3 intiharçı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG