Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:11

Milli Məclisdə Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi davam edir.

Turanın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov qətnaməni pisləyərək deputatları jurnalist Rasim Əliyevin qətlini siyasiləşdirməməyə çağırıb. O bildirib ki, məişət zəminində baş verən qətli siyasiləşdirmək ədalətsizlikdir.

Oktay Əsədov daha sonra Avropa Parlamentinin rəhbəri Martin Schulzu tənqid edib və onu “korrupsiyaya uğramış lobbiçilərlə” əməkdaşlıqda günahlandırırb.

Daha sonra Avropadakı qaçqın böhranına toxunan spiker Avropanı laqeydlikdə günahlandırırb: “Avropanın ümumilikdə 7 mln. kv. kilometr ərazisi var , amma onlar 300-400 min nəfəri qəbul edə bilmir. Ərazisinin 20 faizindən çoxu işğal edilən Azərbaycan isə 1 milyondan çox qaçqın qəbul edib. Onlar qaçqınlarla qeyri-insani rəftar edirlər, budur Avropa dəyərləri?”, - deyə Oqtay əsədov vurğulayıb.

Bundan sonra çıxış edən sədr müavini Ziyafət Əsgərov isə çox qısa danışıb: “Siz kimsiniz, cənab Schulz, Azərbaycandan əl çəkin!”.

Bundan sonra deputatlar Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Siyavuş Novruzov və digərləri Avropa Parlamentinin qətmanəsini tənqid ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG