Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:26

Elif Şafak qaçqını Paul Klee'nin rəsminə bənzədir


Angelus Novus, müəllif Paul Klee

Angelus Novus, müəllif Paul Klee

- Avropanın İkinci Dünya Müharibəsindən sonra üzləşdiyi ən böyük kütləvi qaçqın axını, Avropanın vicdan kimi Almaniyanın verdiyi qərar, 1989-cu ildə Kommunizmin çökməsində böyük rol oynayan Macarıstanı bu gün bürümüş ultra-millətçi atmosfer Avropanın aparıcı yazıçılarının yeni müzakirə mövzusudur.

Hər gün müxtəlif Qərb qəzetləri bu vəziyyəti qarqantüan faciə adlandıran yazıçıların mövqelərini çap edirlər. Populyar yazıçı Elif Şafakdan da "The Guardian" rəy soruşub.

Elif Şafak

Qaçqın və Angelus Novus

Elif Shafak.

Elif Shafak.

Alman-yəhudi filosof və ədəbi tənqidçi Walter Benjamin esselərinin birində Paul Klee’nin “Angelus Novus” (1920) kimi tanınan rəsmi haqda yazır.

Rəsmdə mələk kətandan şoka bənzər bir ifadəylə baxır; hərəkət edə billmir, gözləri bərəlib, ağzı açılıb, sanki gördüyünə inana bilmir. Özündən güclü bir qüvvə onun iradəsinə qalib gəlib, onu dayandırıb.

Mələyin üz ifadəsində dərin məyusluq və güvənsizlik var. Tək və müdafiəsizdir, o, yalnız xaos, çaşqınlıq və qəddarlıq gətirən yaxınlaşmaqda olan tufana baxmaqdadır.

Macarıstandan gördüyüm videoda da bir qaçqının üzündə həmin ifadə vardı.

Qucağında balaca uşaq tutaraq və həyatda malik olduğu yeganə şey olan çantalarını sürüyərək qaçan kişi. Qəflətən kamerayla hadisəni çəkən jurnalist qadın ayağını qabağa uzadır və kişini qəsdən karıxdırır.

Kişi və uşaq yerə yıxılırlar. Qadın kamerayla çəkməyə davam edir. Kişi üzünü qaldırıb əvvəllər görmədiyi bu əcnəbiyə şübhəylə baxır.

Onun üzündə rəsmdəki mələyin üzündəki inamsızlıq peyda olur. O, bir insanın başqa bir insana bunu niyə edə biləcəyini anlamağa çalışır. Belə yersiz, qəfil zorakılığı necə izah edəsən?

Kameralı qadın N1TV-də işləyir, ultra-millətçi Jobbik partiyasına yaxınlığıyla tanınan telekanalda işləyir.

Teleşirkət o hadisədən sonra qadının cəzalandırıldığını elan etsə də, hadisə daha böyük diqqət tələb etməkdədir. Bu “kiçik” qəddarlıq aktında 21-ci yüzilin daha dərin və qaranlıq insanlıq dilemması yatır.

Rasizm, ultra-millətçilik və ksenofobiya insan ruhuna eyni bir zərərli təsir buraxır: bizi başqa insanların ağrılarına qarşı laqeyd edir.

Amma apatiya passiv hiss deyil. Ardıcıl səy tələb edir. Nifrətə, önyarqıya və stereotiplərə qarşı aktiv güc bəslənməlidir.

Həddən artıq yaxşı bələd olduğumuz bir ritorika təkcə Macarıstanı, Avstriyanı, İsveçi deyil, bütün Avropanı bir daha bürüməkdədir. O biri yanda isə Orta Şərqi dini fundamentalizm, fanatizm, seksizm və ksenofobiya bürüməkdədir.

Türkiyədə şəbəkələr kürdlərin yaşadığı binaları yandırırlar, kürd terrorçuları türk əsgərlərini öldürürlər...

Bütün bunlar 19-cu əsrin sağalmaz mərəzi olan ultra-milltçiliyin yeni yüksəlişidir. Macar kamera jurnalisti tək deyil. Onun kimilər minlərlədir."

Günün bütün mövzuları

XS
SM
MD
LG