Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

AB miqrant böhranına görə toplaşır


Yunanıstan sahillərində miqrantlar

Yunanıstan sahillərində miqrantlar

-

Sentyabrın 14-də Avropa Birliyinin daxili işlər nazirləri fövqəladə miqrasiya danışıqlarına toplaşır. Bir gün öncə Almaniya qaçqın axınını önləmək üçün Avstriya ilə sərhədinə nəzarət tətbiq edib.

Nazirlər minlərlə qaçqını paylaşdırmaq məsələsini müzakirə edəcəklər. İtaliya, Yunanıstan və Macarıstan kimi sərhəd ölkələr hazırda miqrant yükü altındadır.

Növbəti iki il ərzində 160 min qaçqının bölüşdürülməsi götür-qoy olunacaq. Bu il AB-yə 500 min miqrant üz tutub.

Görüşdən öncə Macarıstan polisi bildirib ki, sentyabrın 13-də 5809 miqrant ölkəyə daxil olub.

Sentyabrın 15-dən Macarıstanda yeni qanun qüvvəyə minir. AB ölkəsinə qanunsuz daxil olan həbs edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG