Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

-

Taliban Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərində həbsxanaya hücum edib, polis əməkdaşlarını qətlə yetirib, yüzlərlə məhbusu azadlığa buraxıb.

Qəzni valisinin müavini Mohammad Ali Ahmadi deyib ki, hücumçulardan biri sentyabrın 14-də özünü həbsxana darvazaları qarşısında partladıb, digərlərinin həbsxana kameralarına girməsinə şərait yaradıb.

Ahmadi-nin sözlərinə görə, 350 məhbus azadlığa buraxılıb. Reuters-in hadisə yerində olan müxbiri xəbər verir ki, az qala bütün məhbusların qaçdığı görünür.

Hücumda dörd polis əməkdaşı öldürülüb, yeddisi yaralanıb. Yeddi taliban yaraqlısı da ölüb. Hücumçular hərbi forma geyiniblərmiş.

Talibanın sözçüsü Zabihullah Mujahid qrupun hücumu həyata keçirdiyini təsdiqləyib. Onun sözlərinə görə, hücumçuların içində 3 intiharçı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG