Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

-

Almaniya ölkəyə gələn qaçqınların sayını məhdudlaşdırmaq məqsədilə Avstriya ilə sərhədinə nəzarət tətbiq edib. Daxili işlər naziri Thomas de Maiziere sentyabrın 13-də deyib ki, məqsəd “Almaniyaya indiki axını məhdudlaşdırmaq, ölkəyə daxil olanları nizamlı qaydada qəbul etməkdir”. Onun sözlərinə görə, bu tədbir dəmiryol xidmətinin işində pozuntuya gətirə bilər.

İqtisadiyyat naziri Sigmar Gabriel isə bildirib ki, hər gün sərhədi minlərlə qaçqın keçdiyindən Almaniya artıq limitə çatır.

Sentyabrın 12-də Münhenə 13 min miqrant gəlib. Almaniya bu il 800 min miqrant gözləyir.

Avropa Birliyinin daxili işlər nazirləri sentyabrın 14-də Avropa Komissiyasının 160 min sığınacaq axtaranı blok üzrə paylaşdırma təkliflərini müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG