Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20

-

Sentyabrın 13-də Rusiyada yerli və regional seçkilərdə kütləvi pozuntuların baş verməsi barədə məlumatlar gəlir. 59 milyon seçicinin səs verəcəyi gözlənirdi. Seçkidə Kremlin dəstəklədiyi namizədlər üstünlük təşkil edirdi.

90 min qanunvericilik yeri, 1300 regional ofisə namizədlər səsə qoyulub. 21 regional qubernator vəzifələri, yüzlərlə mer mandatı da səsverməyə çıxarılmışdı.

Rusiyanın Golos təşkilatı 1700-dən çox pozuntunu qeydə aldığını, 800-dən çoxunun seçki günü baş verdiyini bildirir. İddia olunan pozuntulardan çoxu Kostroma regionunda baş verib. Əsas müxalifət qüvvəsi olan Demokratik Koalisiya burada mübarizə aparırdı.

Müxalifət təmsilçiləri digər regionlarda mübarizədən kənarlaşdırılıb və müxalifət bunu siyasi motivli hərəkər adlandırıb.

Nəticələr sentyabrın 14-də bəyan ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG