Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:04

"Transgate"in avtobusları daha 2 xətdən çıxarıldı


-

Sabahdan Bakıda bəzi marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaq.

APA Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişiklik ediləcək.

Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N. Nərimanov metro stansiyası – Təbriz küçəsi – Azadlıq prospekti – 28 may metro stansiyası – Puşkin küçəsi – Azadlıq prospekti – Zərifə Əliyeva küçəsi – Ə. Yaqubov küçəsi – 20-ci sahə olacaq.

Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı marşrut avtobusları xətdən kənarlaşdırılacaq.

“BakuBus” MMC-yə məxsus 5 saylı marşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus mövcud marşrut xətti ilə fəaliyyətə başlayır.

Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı marşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətləri saxlanıb.

Hərəkət istiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərəcək.

Bir neçə gün öncə 95 saylı marşurt üzrə avtobuslar da xəttdən çıxarılmışdı. Həmin vaxt media yazırdı ki, Nəqliyyat naziri Ziya Məmmədova bağlılığı olan "Transgeyt" avtobusları xəttdən çıxarılır. 20 və 24 saylı marşurt üzrə də Transgey avtobusları işləyirdi.

Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən AzadlıqRadiosuna bildirilmişdi ki, hansısa şirkətlərin avtobusu xətdən çıxarıldılmır. Sadəcə olaraq sərnişin daşımada keyfiyyəti artırmaq üçün xəttə yeni avtobuslar gəlir və bununla bağlı üst-üstə düşən digər marşurt xətləri ləğv olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG