Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:08

Rusiyada müxalifət “saxta diplomat”ı üzə çıxardı


-

Ötən həftə - 13 sentyabrda baş tutacaq Kostrom vilayət dumasına seçkilər ərəfəsində Rusiya müxalifəti dövlət və ya daha çox loyallığı ilə fərqlənən KİV-lərin əsas hədəfi olub. Onları daha çox ABŞ diplomatlarının “kuklaları” kimi təqdim etməyə çalışıblar. Amma müxalifət də belə bir tələlərdən birinin üstünü açmağa müvəffəq olub.

"BU HOQQABAZLIQ SENTYABRIN 10-DƏK DAVAM EDİB"

Söhbət müxalifətdən olan siyasətçi Ilya Yashin-in öz seçiciləri ilə görüşündə baş verən olaydan gedir. Olanları siyasətçi öz facebook səhifəsində yazıb. Onun yazdığına görə, Kostromada seçicilərlə görüşü zamanı kostyum geyimli bir nəfər qeyri-səlis rus ləhcəsi ilə özünü ona ABŞ səfiri kimi təqdim edib.
Yashin-in tərəfdarlarından biri tez səfir olduğunu iddia edən bu şəxsin tədbirə gəldiyi maşına yaxınlaşıb və bəlli olub ki, sözügedən Chevrolet Cruze markalı bu maşının nişan nömrəsinin üzərinə sadəcə qırmığı yarlıq yapışdırılıb, onun altında isə adi ağ-qara Rusiya dövlət nömrə nişanı olub.
“Saxta diplomat tez maşınına oturub və oradan uzaqlaşıb” – Yashin belə yazır.

NAVALNY-NİN RƏQSİ

Dövlət mediasında daha çox Qərbin kuklaları kimi təsvir olunan Rusiya müxalifəti son illər seçki kampaniyaları zamanı bu cür bürokratik əngəllərlə üzləşirlər.
Belə hallar da olub ki, siyasi rəqiblər evsizlərə ödənişlər ediblər ki, onlar müxalifətin seçki mitinqlərinə qatılsınlar və öz nimdaş görkəmləri ilə başqalarında ürək yanğısı yaratsınlar. Bunun əvəzində isə Kreml yönümlü fəallar həkim görkəmində geyinməklə müxalifətdən olan namizədlərin özlərinin psixiatrik qayğıya ehtiyacı var kimi fikir formalaşdırmağa çalışıblar.
Kostromada baş verən “saxta diplomat” olayı ilə də 13 sentyabr seçki öncəsi Rusiyanın dövlət mediası müxalifətin ABŞ diplomatlarına bağlılığını göstərməyə cəhd edib.

Sentyabrın 4-də də dövlət televiziyası olan Rossia-24 müxalifət lideri Aleksei Navalny və onun həmkarlarının Kostroma restoranında ABŞ diplomatı ilə rəqs etdiyini göstərən video material yayımlayıb.
Oxşar video Kreml yönümlü olması ilə tanınan bir blogger tərəfindən də lentə alınıb və bu video ilə blogger iddia edib ki, Navalny restoranda ABŞ “mürəbbi”si ilə oturub.
Navalny bu deyilənləri inkar edib. Müxalifətdən olan fəal Leonid Volkov isə deyib ki, müxalifəti ABŞ diplomatları ilə əlbir hesab edən media orqanlarına qarşı məhkəmə davası açacaq.

ABŞ DİPLOMATLARI HƏQİQƏTƏN DƏ KOSTROMAYA GEDİB, AMMA…

ABŞ-ın Moskvadakı səfirliyinin sözçücü Will Stevens AzadlıqRadiosuna bildirib ki, ötən həftə iki ABŞ diplomatı həqiqətən də Kostromaya səfər edib və dövlət rəsmiləri ilə görüşlər keçiriblər. Onun dediyinə görə, diplomatlar digər partiya təmsilçiləri ilə də görüşüb, yerli seçkilər barədə müzakirələr aparıblar.
“Saxta diplomat” məsələsinə gəlincə, Will Stevens özünü ABŞ diplomat kimi təqdim edən və saxta avtomobil dövlət nömrə nişanlı sözügedən şəxs barədə şərh verməkdən imtina edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG