Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

"Ziya Məmmədov dəvətsiz qaldı" (Media İcmalı)


-

“Qarabağda yeni müharibə təhlükəsi Amerikanı da hərəkətə keçirdi”

“Yeni Müsavat” yazır ki, Ağ Ev təmas xətti boyu topların işə düşməsindən narahatdır, ancaq eyni zamanda separatçı bölgədə “seçkilərlə” bağlı ikili və prinsipsiz mövqe sərgiləyir; politoloqlar isə “Hər şey Azərbaycanın xeyrinə inkişaf edir...” deyə şərh edir:

"Sözsüz ki, işğal altındakı Dağlıq Qarabağda sentyabrın 13-də nəzərdə tutulan növbəti qanunsuz “seçki” vəziyyəti bir qədər də ağırlaşdıracaq, “ocağa əlavə yağ tökmək” anlamına gələcək. Görünür, bunun fərqində olduqları üçün artıq həmsədr ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar öz mövqelərini tələm-tələsik ortaya qoyub, “seçkiləri” legitim saymadıqlarını bəyan ediblər".

ABŞ da məsələyə mövqe bildirib. Belə ki, dünən Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərlə görüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatla çıxış edib. Musavat.com-un xəbərinə görə, departament rəsmisi separatçı bölgədə sentyabrın 13-də nəzərdə tutulan qanunsuz seçkilərə münasibət açıqlayarkən deyib:

“ABŞ konfliktin geniş miqyaslı həlli çərçivəsində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən eləməsində rolunu tanıyır. Ancaq Birləşmiş Ştatlar Dağlıq Qarabağı suveren müstəqil dövlət kimi tanımadığı üçün ”13 sentyabr seçkiləri" adlandırılan seçkilərin regionun hüquqi statusuna təsir etdiyini qəbil eləmir".

“ZİYA MƏMMƏDOV AÇILIŞA DƏVƏT OLUNMADI”

Azerbaijan. Baku. Baku- Sumgait train
Azerbaijan. Baku. Baku- Sumgait train

“Qafqazinfo” prezident İlham Əliyevin də qatıldıığı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində nəqliyyat naziri Ziya Məmmədovun iştirak etməməsinə diqqət çəkir:

“Maraqlı məqamlardan biri isə odur ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Məlumata görə, Ziya Məmmədov mərasimə sadəcə olaraq dəvət olunmayıbmış. Ümumiyyətlə, nəqliyyat nazirinin son aylar dövlət səviyyəli digər tədbirlərə də çağırılmadığı deyilir".

Son günlər yerli mediada Ziya Məmmədovun vəzifəsindən uzaqlaşdırılma ərəfəsində olduğu haqda silsilə yazılar gedir. Bir neçə gün əvvəl nazir və oğluna məxsus “Rixos Quba” otelinin də onun əlindən alındığı haqda məlumat yayılıb. Bundan başqa, paytaxtda sərnişin daşınmasını həyata keçirən əsas şirkət, Ziya Məmmədova məxsus “Transqeyt”in avtobusları da xəttən çıxarılıb.
Eyni zamanda prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib”, -deyə sayt yazır.

“Fənn olimpiadasının qalibi olan şagirdlərə güzəştlər ola bilər”

Azərbaycanda respublika fənn olimpiadalarının qalibi olan şagirdlər üçün gələcəkdə hansısa güzəştlər ola bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, respublika fənn olimpiadalarında qalib olan şagirdlərin sayının artırılması bu gün Təhsil Nazirliyinin hədəflərindən biridir və buna da nail olunur: “Amma təbii ki, belə şagirdlərə gələcəkdə hansısa güzəştlər ola bilər. Hazırda bu məsələ müzakirə olunur. Amma onu da nəzərə almaq lazımdır ki, olimpiada qalibi olan şagird onsuz da öz istedadı ilə seçilir, buraxılış imtahanından azad edilmə onun həyatını bir o qədər də dəyişmir”.
E.Əmrullayev bildirib ki, bəzi ölkələrdə respublika fənn olimpiadasında I yeri tutan şagirdlərin ali məktəblərə birbaşa qəbul olunma təcrübəsi var. Azərbaycanda da müəyyən qədər bu təcrübədən yararlanmaq olar: “Bır sıra ölkələrdə belə bir təcrübə var ki, fənn olimpiada qalibləri ali məktəblərə birbaşa qəbul olunurlar. Respublika olimpiadalarında I yeri tutanlar həmin fənn üzrə oxumaq istəyirlərsə, onlara belə imkan yaradılır. Müəyyən mənada bu təcrübədən yararlanmaq olar. Bu istiqamətlər üzrə hələ müəyyən işlər görülməlidir”.

“LAZIMSIZ ŞOULAR GƏNCLƏRİ KİTABDAN UZAQLAŞDIRIR”

Modern.az yazır ki, millət vəkili Qənirə Paşayeva Tovuz rayon təhsil işçilərinin konfransında gənclərin təlim-tərbiyəsinin məktəbdən başladığını deyib.
Lazımsız verilişlər, teleseriallar, şou proqramların gəncləri kitabdan uzaqlaşdırdığını deyən millət vəkili Qənirə Paşayeva gənclərin onlardan uzaq durması istiqamətində müəllimlərin onlarla apardığı maarifləndirmə, doğru istiqamətləndirmə işlərinə xüsusi ehtiyac olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gənclərin bu zərərli vərdişlərdən uzaq durması üçün məktəb və müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
Millət vəkili məktəb yaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif və idman müəllimlərini, məktəb rəhbərliyini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG